Əməkdar artist Gülüstan Əliyeva Qarabağ döyüşlərində şəhid olan həyat yoldaşı Zahid Əhmədovun görüntülərini yayıb.

BAKU.WS xəbər verir ki, Akademik Opera və Balet Teatrının solisti bu gün – 10 yanvar tarixində şəhidin doğum gününü təbrik edib: “Doğum günün mübarək, şəhidim”!

Sənətçi Z. Əhmədovun dostları ilə birgə çəkilmiş videosunu paylaşaraq belə şərh yazıb: “Unudulmayanlar! Sizləri unutmadıq, vətən üçün doğulduğunuz üçün vətən üçün öldünüz. Bu gün Cəbrayilin igid oğlu Zahid Əhmədovun doğum günüdür. Bu videoda danışanlar şəhidlərimizdir”.

Xatırladaq ki, əməkdar artist Gülüstan Əliyevanın həyat yoldaşı Zahid Əhmədov də Qarabağ savaşında şəhid olub. BDU-nun hüquq fakültəsinin məzunu olan Z.Əhmədov Cəbrayıl rayonu Polis İdarəsində cinayət axtarış şöbəsinin rəisi işləyib. 1991-ci ildə Cəbrayıl cəbhəsində minaya düşüb. Rüfət adlı bir oğlu yadigar qalıb.

Əməkdar artist şəhid ərinin görüntülərini yaydı - VİDEO,FOTO

Загрузка...