“Donuz qripi” ilə bağlı Azərbaycanda hərəkətə keçdilər – FOTO

Qonşu Gürcüstanda H1N1 virusunun (donuz qripi) aşkarlanması Azərbaycanda da bu virusun yayılma təhlükəsini gündəmə gətirib.Bunu nəzərə alan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi hərəkətə keçib.

Qurumdan BAKU.WS-ə verilən məlumata görə, ölkəmizə qonşu respublikadan daxil olan kənd təsərrüfatı yükləri daşınan vaqonlarda dezinfeksiya tədbirləri aparır.

“Donuz qripi” ilə bağlı Azərbaycanda hərəkətə keçdilər – FOTO

Həmçinin Rusiya, Ukrayna, Latviya, Belarusiya, Rumıniya, Argentina və digər ölkələrdən gətirilən vaqonlar kənd təsərrüfatına, o cümlədən baytarlığa aid yüklərdən boşaldıqdan sonra baytarlıq təyinatına əsasən dezinfeksiyaya göndərilir.

Vaqonların dezinfeksiyası Dəmir Yolunda Baytarlıq Xidməti İdarəsi tərəfindən Ələt yuma-dezinfeksiya məntəqəsində aparılır.

“Donuz qripi” ilə bağlı Azərbaycanda hərəkətə keçdilər – FOTO

Vaqonlar yuyulub dezinfeksiya olunduqdan sonra “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilir.

Ələt yuma-dezinfeksiya məntəqəsi bütün lazımı dezinfeksiya maddələri ilə təmin edilib.

Dövlət Baytarlıq Xidməti bildirir ki, ölkədə saxlanılan donuzlar arasında “donuz qripi” (A-H1N1 tipi) xəstəliyi qeydə alınmayıb və epizootik vəziyyət sabitdir

Загрузка...