Birləşmiş Ərəb Əmirliklərində yaquar zoopark ziyarətçilərinə hücum edib.

Oxu.Az “The National” nəşrinə istinadən xəbər verir ki, hadisə Al-Ayn şəhərində baş verib.

İlkin məlumatlara görə, hadisəyə səbəb zoopark əməkdaşlarının qəfəsin qapısını bağlamağı unutmalarıdır.

Nəticədə yaquar bir neçə nəfəri yaralayıb. Onlar xəstəxanaya yerləşdirilib.

Загрузка...