Türkiyəli aktyor Can Nərgizin “Kanal D”də yayımlanan “2. Sayfa” (2-ci səhifə) verilişindəki açıqlaması müzakirələrə səbəb olub.
BAKU.WS xəbər verir ki, aktyor ona edilən əxlaqsız təkliflərdən danışıb.
C. Nərgizin sözlərinə görə, onunla sevgili olmaq müqabilində avtomobil təklif edənlər olub:
“Tailandda yaşayırdım. 2011-ci ildə Tomris Giritlioğlundan iş təklifi aldım… Özünü şəxsən tanımırdım. O, mənə “Oğlum dərhal buraya gəlirsən, bir iş var, sənə baş rol verəcəyik. Sənin üçün yaxşı olacaq” dedi. Kişilərdən də, qadından da əxlaqsız təkliflər almışam. “Sevgilim ol, avtomobil verim” deyənlər var idi. O vaxtlar hələ 22-23 yaşım var idi. İndi də evli olduğumu bilə-bilə DM-dən yazırlar. Heç birinə baxmıram”.