Radio aparıcısı Aygün Akifin evinə oğrular girib.
Axşam.az-ın məlumatına görə, bu haqda o, özü sosial şəbəkədə yazıb. Evinin fotolarını paylaşan aparıcı artıq ikinci dəfədir belə halla qarşılaşdığını açıqlayıb:
“Günün gündüz çağı evimə basqın edib nə var, nə yox talayıb aparıblar. Polis və əməliyyatçılar gözləyir ki, vicdansız evdəkilərin başını kəssin. 102 xidməti nə üçün yaradılıb? Bu il ikinci dəfədir evimizi bu hala salırlar.
Vallah, çox “rahat” və “hüzurlu” yatırıq. Sabah səsimiz gəlməsə, bilin ki, bizi öldürüblər. Sabaha çıxmağa ümidim yoxdur. Buna dözə bilmədim və paylaşdım. Vurulan maddi ziyan nə zamansa geri qayıdacaq. Amma mənim valideynim bir daha əvvəlki kimi olmayacaq”.
***
Radio aparıcısı modern.az-a açıqlamasında 30 min dollar dəyərində ziyana düşdüklərini bildirib:
“30 min dollardan yuxarı ziyan dəyib. Hər şeyi çox rahat şəkildə yığışdırıb aparıblar”.
Qeyd edək ki, Aygün Araz FM-in əməkdaşıdır.
https://b.radikal.ru/b19/1901/4a/14889db1fadf.jpg
https://c.radikal.ru/c28/1901/4d/8582e3dc66b3.jpg
https://a.radikal.ru/a31/1901/b1/fcc737f677b3.jpg