“Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo “Globe Soccer Awards”un versiyasına görə 2018-ci ilin ən yaxşı futbolçusu adına laiq görülüb.
Trend-in məlumatına görə, mükafatlandırma mərasimi Dubayda keçirilib. Qeyd edək ki, futbolçu bu mükafatı sayca beşinci dəfə alır, bu da rekord göstəricidir.
Mərasimdə həmçinin bir neçə başqa nominasiya üzrə də mükafatlar verilib:
“Ən yaxşı məşqçi karyerası” – Fabio Kapello
“İlin ən yaxşı qolu” – Ronaldonun ÇL-nın 1/4 finalında “Yuventus”un qapısına vurduğu qol
“İlin futbol klubu” – “Atletiko Madrid”