Altı yaşında ikən “Vogue” moda dərgisinin uşaq versiyasında “Dünyanın ən gözəl qızı” olaraq təqdim olunan Tilan Blondo yenidən bu ada layiq görülüb.

Oxu.Az xəbər verir ki, hər il minlərcə insan arasından dünyanın ən gözəl/ən yaraşıqlı üzünü seçən “TC Candler” 2018-ci ilin ən gözəl üzü olaraq Tilan Blondonu seçdiyini elan edib.

“Əsla bir nömrə olduğumu düşünmədim. Hər kəsə çox təşəkkür edirəm. Ailənizlə gözəl bir il keçirəcəyinizə ümid edirəm”, – Blondo öz sosial media hesabında yazıb.

16 yaşlı qız “Vogue Fransa”da yer alan ən gənc modeldir. Tilanın atası futbolçu Patrik Blondo, anası isə Veronika Lubridir.

Загрузка...