Beyləqanlı pəhləvanın üzərindən 12 dəfə yük maşını keçdi - VİDEO

Beyləqan rayonunda pəhləvanın üzərindən 12 dəfə yük maşını keçib.

Medianews.az-ın “Report”a istinadən verdiyi xəbərə görə, rayonun birinci Şahsevən kənd sakini İlham Hacıyev 3-4 tona qədər çəkisi olan bir neçə yük avtomobillərini 12 dəfə öz üzərindən keçirib.

Bununla da “Ginnesin rekordlar kitabına” düşmək istəyən 44 yaşlı idmançı bu hərəkəti indiyədək heç bir pəhləvanın edə bilmədiyini iddia edir.

Загрузка...