Cümə, 19 Aprel 2024

Məşhur müğənni ona sataşan futbolçunu ifşa etdi – VİDEO

Məşhur müğənni ona sataşan futbolçunu ifşa etdi - VİDEO

29 yaşlı amerikalı müğənni Bibi Reksa ona mesaj göndərən evli və üç uşaq atası olan futbolcunu ifşa edib.

“Ölkə.Az” xəbər verir ki, Bibi futbolçunun ona göndərdiyi mesajları İnstaqram səhifəsində paylaşıb və “Futbol oyna, uşaqların üçün nümunə ol, məndən əl çək. Mənə mesaj göndərmə” cümlələrini yazıb.

İyun ayında yeni albom buraxan Reksa izləyicilərindən bu qədər ağır danışdığı üçün üzr istəyib. Amma evli bir adamın ona mesaj göndərməyini də qəbul etmədiyini bildirib.

Bibi Selena Qomez, Eminem və Rihanna kimi ulduzların mahnılarına söz yazıb.

DAHA ÇOX OXU

Xəbər lenti