“Real”ın yarımmüdafiəçisi Luka Modriç Madrid klubu ilə müqaviləni uzatmaqdan imtina edib.
Oxu.Az “Telemadrid” televiziya kanalına istinadən xəbər verir ki, xorvatiyalı futbolçu rəhbərliyin ilk təklifini rədd edib.
O, klubun daha əlverişli müqavilə təklif edəcəyini gözləyir.
Eyni zamanda, Modriç Milanın “İnter” klubuna mümkün keçidini nəzərdən keçirir. Müqavilənin müddətinin uzadılması üzrə danışıqlar uğursuz başa çatsa, “Real” 2019-cu ilin yayında yarımmüdafiəçini satmaq haqqında düşünə bilər.
Klubla oyunçu arasında qüvvədə olan müqavilənin müddəti 2020-ci ildə başa çatır.
Qeyd edək ki, Modriç 2018-ci ildə “Real”ın heyətində Çempionlar Liqasının qalibi olub.