71 yaşlı Fransa vətəndaşı Jan Jak Savin çəlləyə bənzəyən narıncı kapsulda Atlantik okeanı keçməyə hazırlaşır.

Oxu.Az BBC-yə istinadən xəbər verir ki, ötən gün unikal nəqliyyat vasitəsilə İspaniyanın Kanar adalarından çıxan Savin üç aya Karib sahillərinə çatmaq niyyətindədir.

Kapsulanın mühərriki yoxdur, keçmiş desantçı okean cərəyanları ilə təyinat nöqtəsinə çatmaq niyyətindədir. Hər tərəfi bağlı kapsul çarpayı, mətbəx və ərzaqların saxlanc yerindən ibarətdir.

Bu təhlükəli dəniz səyahəti Savin üçün əyləncədən savayı həm də elmi məqsəd daşıyacaq. Yol boyu suya atdığı nişanlarla okeanoqraflar Atlantik okean cərəyanlarını müəyyən edəcək.

Fransalı okeanı çəlləkdə fəth edəcək - FOTO/VİDEO

Загрузка...