“Neftçi”nin futbolçusu Emin Mahmudov əməliyyat olunub.
Oxu.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniyanın Münhen şəhərindəki klinikaların birində baş tutan əməliyyat uğurlu keçib. Həkimlərin rəyinə görə, E. Mahmudov iki-üç həftə sonra fərdi məşqlərə başlayacaq.
Qeyd edək ki, E. Mahmudova ikitərəfli qasıq yırtığı diaqnozu qoyulmuşdu.