Space Tv də Amil Xəlilin təqdimatında yayımlanan sosial-kriminal layihə “Gəl, Dərdini danış” da maraqlı anlar qeydə alınıb.

Minval.info xəbər verir ki, verilişin çəkiliş qrupu Cəlilabadda yaşayan İbrahim bəyin evində olub. Amil Xəlil ilə söhbət edən İbrahim bəy arvadının onu bir dəfə başqası ilə aldatdığını və uşaqlara görə bağışladığını bildirib. İkinci dəfə isə bağışlamaq niyyətinin olmadığını deyən adam boşanmaq və uşaqlarını geri qaytarmaq istəyindədir. Bəy iddia edir ki, xanımı onu ailə dostları ilə aldadıb. Hətta qadın həmin şəxslə bölgələrdə də istirahet ediblər.

Amil Xəlil İbrahimin arvadı ilə də görüşə bilib. Hətta uşaqları da açıqlama verərək atalarından imtina etdiklərini bildirib.

Verilişi tam olaraq sizə təqdim edirik. Qeyd edək ki Amil Xəlilin təqdimatında yayımlanan proqram həftə içi hər gün saat 16:00 da Space Tv-də yayımlanır….

Загрузка...