Bəzi KİV-lər psixoloq Nərmin Şahmarzadənin qalmaqallı açıqlamasından sonra intihar etdiyini yazıb.
BAKU.WS xəbər verir ki, yayılan məlumatda xanımın özünü asdığı qeyd edilir. Bu məlumat sosial şəbəkədə Orhan Altun adlı bir istifadəçiyə istinad edilib.
Paylaşılan fotonun isə Nərminə məxsus olduğu bildirilir. Ancaq daha sonra fotonun psixoloqla əlaqəsi olmadığı məlum olub.
Qeyd edək ki, Nərmin Şahmarzad Milli Qəhrəman Mübariz İbrahimov haqqında “Onun etdiyi cinayətdir, qəddarlıqdır. Erməni mənim düşmənim deyil” sözləri ilə ölkə gündəminə zəbt edib.