Fransanın Strasburq şəhərindəki Milad bazarında insanlara atəş açan və sonradan polis tərəfindən zərərsizləşdirilən Şərif Şekatt İŞİD üzvü olub.
“Report” xəbər verir ki, bu barədə terrorçularla əlaqəli olan “Amaq” agentliyinə istinadən BFM TV telekanalı məlumat yayıb.
Bununla belə sözügedən terror qruplaşmasının Fransanın şəhərində insanlara silahlı hücuma görə məsuliyyəti öz uzərinə götürüb-götürmədiyi hələ məlum deyil.