Amerikada yaşayan müğənni İlhamə Qasımova filmə çəkilib.
BAKU.WS-in məlumatına görə, ABŞ-da lentə alınan ekran işi “Qara taleh” adlanır.
Filmdə İ. Qasımovanın tərəf müqavili kimi ABŞ-da yaşayan azərbaycanlı model Stefano Suaros (Rəcəb Rəcəbov) çıxış edib.
Dram janrında olan ekran işi erkən yaşda anasını itirən və atası tərəfindən zorakılıqlara məruz qalan uşağın faciəvi həyatından bəhs edir. Filmin senarisi real həyatdan götürülüb.
Hazırda çəkilişləri davam edən filmin 2019-cu ilin yanvar ayında təqdim olunması nəzərdə tutulub.