Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmağa hazırdır, amma Dağlıq Qarabağ barədə ilkin şərt olmadan.
Trend-in məlumatına görə, bu sözləri Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan deyib. “Ümid edirik ki, Türkiyə də eyni mövqeni tutacaq”, – Paşinyan deyib.
“Ancaq Türkiyə ilə əlaqələr Dağlıq Qarabağla bağlıdır, üçüncü ölkə ilə. Azərbaycanı nəzərdə tuturam”, – deyə Paşinyan qeyd edib.