Ermənistan Mərkəzi Seçki Komissiyası ölkə üzrə ilk nəticələri açıqlamağa başlayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, hazırda bülletenlərin 0,22%-i hesblanıb (31 kənd məntəqəsi).
Bu nəticələrə görə, 61,91%-lə (1778) səslə Nikol Paşinyanın “Mənim addımım” bloku ilk sırada gəlir. İkinci sırada 14%-lə (402) milyarder Qagik Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası dayanıb. Daşnaklar 9,3% səslə 3-cü sıranın sahibidirlər. 4-cü yeri “İşıqlı Ermənistan” (5,4%), 5-ci yeri isə Ermənistan Respublika Partiyası (4,74%) tutub.
***
Ermənistanda səsvermə məntəqləinin 10%-dən gələn nəticələr açıqlanıb.
Azadlıq radiosunun Ermənistan bürosunun MSK-ya istinadən verdiyi xəbərə görə, Nikol Paşinyanın “Mənim addımım” bloku 68,41 %-lə şəksiz liderdir. Qagik Sarukyanın “Çiçəklənən Ermənistan”ı 10,1%-lə ikinci sırada qərarlaşıb. İşıqlı Ermənistan 6,38%-lə 3-cü sıradadır. Daşnaksütyun partiyası 5,92%, Serj Sərkisyanın Ermənistan Respublika Partiyası isə 3,68% səs toplayıb.