Ramil Şeydayev Rusiyada davaya səbəb oldu

Rusiya Premyer Liqasının XVII turunun “Rostov”la oyununda (1:0) sarı vərəqə alan Ramil Şeydayevin cəzalanmasının səbəbi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, azərbaycanlı futbolçu rəqib müdafiəçisi Raqnar Siqurdssona hücum çəkib. Belə ki, 81-ci dəqiqədə qonaqların islandiyalı müdafiəçisi Raqnar Siqurdson topu “Krılya Sovetov”un ehtiyat oyunçular skamyasına vurub. Bir dəqiqə əvvəl qol müəllifi Antonun yerinə meydana daxil olmuş Ramil Şeydayev isə bu futbolçuya kobud şəkildə reaksiya verib.

Bu isə futbolçular arasında kütləvi davaya səbəb olub. Nəticədə Siqurdsona birbaşa qırmızı, Şeydayevə isə sarı vərəqə göstərilib.

Qeyd edək ki, Ramil 80-ci dəqiqədə meydana daxil olub və 2 dəqiqə sonra cəzalandırılıb.

Загрузка...