Türkiyənin Antalya şəhərində bu il dördüncüsü keçirilən İnformatika Sammitində rəqs etməsi gözlənilən “Mini Ada” adlı robot, səhnədən düşüb.
Minval.info xəbər verir ki, “Piksel Akademi” tərəfindən təşkil edilən tədbirdə ilk olaraq Türkiyənin bu sahədə olan inkişafından bəhs edilib.
Çıxışlardan sonra Konyada bir fabrikdə istehsal olunan və Türkiyənin ilk yerli istehsal humanoid robotları olan “Mini Ada”, “Ada GH6” model 3 robot, səhnəyə çıxarılaraq qonaqlara təqdim edilib.
85 min TL (27 min manat) dəyəri olan robot rəqs edən zaman 1 metr hündürlükdən yıxılıb və yararsız hala düşüb.