Загрузка...

Gəncədə ata və oğlu naməlum şəraitdə itkin düşüb.

Trend bildirir ki, hadisə şəhərin S.Kəsəmənli küçəsi, ev 53-də baş verib.

Həmin ünvanda yaşayan Kəsəmənli Əlifxan Bahadur oğlu və onun oğlu Kəsəmənli Elmar Əlifxan oğlu noyabrın 3-də yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Faktla bağlı araşdırmalara başlanıb.