Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan “Gəl dərdini danış” sosial-kriminal layihədə maraqlı anlar yaşanıb.
Minval.info-nun məlumatına görə, verilişə müraciət edən Zəhrə xanım illər sonra dünyasını dəyişmiş qayınatasının mülkünü istəyib. Xanım iddia edib ki, mülk saxta yolla qayınatasına qulluqçu kimi baxan xanımın adındadır.
Az sonra teleaparıcı kənd nümayəndələri və aidiyyatı üzrə adı çəkilən şəxslərlə danışıb. Bəlli olub ki, xanımın iddiaları yanlışdır. Ev Zəhra xanımın dediyi kimi qulluqçunun adında saxta yolla yox, rəsmi olaraq qeydiyyatdadır.
Məlum olub ki, Zəhra xanımın qayınatası ona baxdığı üçün mülkü oğlanlarına yox, Gülmizar adlı şəxsə (red-qulluqçu daha sonra bəlli olur ki, arvadı kimi yaşayır) bağışlayıb.
Daha ətraflı videoda: