Загрузка...

Ötən ayın ortalarında Bakıda fəaliyyət göstərən “Monte Karlo” restoranında kütləvi zəhərlənmə hadisəsinin baş verdiyi iddia olunurdu. Bu barədə paytaxt sakininin şikayətinə əsasən saytımızda məlumat dərc etdik. Şadlıq evindən isə iddiaların əsassız olduğ bildirildi.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyidən Minval.info-nun sorğusuna cavab olaraq qeyd edilib ki, qida məshuları sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərində dövlət nəzarət tədbirləri həyata keçirilir:

“Kütləvi informasiya vasitələri və ya sosial şəbəkələrdə yayımlanan şikayətlərdə konkret faktlar göstərildiyi təqdirdə Agentliyin əməkdaşları tərəfindən məsələ araşdırılaraq qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür”.

AQTA-dan həmçinin bildirilib ki, kütləvi zəhərlənmənin baş verdiyi iddia edilən “Monte Karlo” restoranı ilə bağlı hazırda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış alınaraq yoxlama həyata keçirilir:

“Yoxlamaların nəticələri barədə qanunvericiliyə müvafiq olaraq tədbirlər görüləcəkdir”.