Загрузка...

Kanadada alimlər nəhəng mağara aşkar ediblər.

Oxu.Az xəbər verir ki, mağara geoloqların helikopterdən apardıqları çəkiliş zamanı görünüb.

Uells-Qrey qoruğu ərazisində yerləşən mağaraya girişin diametri 100 metr, dərinliyi isə azı 135 metrdir.

Helikopterdə olan bioloq mağaraya “Sarlakka quyusu” adı verib. O bu mağaranı “Ulduz müharibəsi” filmindəki personajların yaşadığı yerə oxşadıb.