Загрузка...

UEFA Çempionlar Liqasının qrup mərhələsinin “Şaxtyor” – “Lion” oyununun yeri dəyişdirilib.

Oxu.Az xəbər verir ki, buna səbəb Xarkov vilayətinin hərbi rejim vəziyyətinin tətbiq edildiyi ərazilər siyahısında yer almasıdır.

Qərara alınıb ki, qarşılaşma paytaxt Kiyevdə keçiriləcək.

Qeyd edək ki, “Şaxtyor” – “Lion” matçı dekabrın 12-də baş tutacaq.