Bakının mərkəzində şəhər sakinləri maraqlı görüntü ilə qarşılaşıblar.
Belə ki, “Nizami” küçəsində ərəblər küçədə şou-proqram təşkil ediblər.
Oxu.Az-ın məlumatına görə, qılıncla, milli geyimdə rəqs edən ərəblərin bu rəqsi hansı bayram münasibətilə etdiyi məlum olmasa da, yaxınlıqdan keçən hər kəs bu görüntüləri böyük maraqla izləyib.