Загрузка...

ATV-də yayımlanan “BizimləSən” verilişinin reklam fasiləsində aktrisa Çimnaz Sultanova ilə şairə Nazilə Səfərli arasında qalmaqal yaşanıb.

BAKU.WS-in məlumatına görə, onların mübahisə zamanı görüntüsünü verilişin redaktoru Faiq Ələkbərov çəkib.

Tanınmışlar bir-birinə ad qoymağa başlayıblar. Çimnaz Naziləyə “Skarlet” adını qoyduğunu söyləyib:

“Çox sevdiyim qəhrəmandır. Torpağa bağlı olan xanım idi. “Унесённые ветром” oxuyun, əsərdir”.

N.Səfərli isə aktrisaya “Çimnaz mənim Dezdemonamdır” deyib. Onun sözləri Ç. Sultanovanı əsəbiləşdirib:

“Heç Dezdemonanı oxumusan? Dezdemona xəyanətkar olub. Çimnazda xəyanət yoxdur. Şairə xanım, ədəbiyyat oxuyun. Dünya ədəbiyyatını oxuyun. Məni Dezdemona ilə bir edir”.