Alimlər portağaldan həftədə 2-3 dəfə istifadə etməyi məsləhət görüblər. Britaniya alimləri bu qərara gəliblər ki, dünyada çox məşhur olan limon və xüsusilə də portağal insanların sümük sisteminə zərər vura bilər.
Alimlər tərəfindən 22 il ərzində 78 min qadının sağlamlığı müayinə edilib. Alimlərin müşahidəsinə görə, tədqiqatın 778 iştirakçısının dişlərinin vəziyyəti kəskin pisləşib. Təhlil göstərib ki, bu meyvələrdən daimi istifadə edən qadınların 41%-nin dişlərində və diş ətlərində problem müşahidə edilib. Problemin əsas səbəbkarı kimi portağalda olan fruktoza sayılıb.
Alimlər qadınlara problemdən qurtulmaq üçün portağaldan həftədə 2-3 dəfə istifadə etməyi məsləhət görüblər.
Musavat.com