İspaniyanın “Barselona” klubunun sabiq prezidenti Xosep Luis Nunyes vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının “Twitter” səhifəsində yer alan məlumatda bildirilir.
Xatırladaq ki, Nunyes “Barselona”ya 22 il (1978-2000) rəhbərlik edib. Klub onun prezidentliyi dövründə 1992-ci ildə Çempionlar Liqasının qalibi olub.