Загрузка...

“Oyanan kimi dedilər ki, sizin fikiniz nədir? Məlahət Abbasova deyib ki, onun ifasını dinləməmişəm. Deyəsən yaxşı oxuyur. Birincisi, Məlahət Abbasova, əgər məni tanımırsızsa, hardan bilirsiz ki, mən yaxşı oxuyuram. Bəlkə heç oxuya bilmirəm. Necə deyirsiz ki, deyəsən yaxşı oxuyur. Siz tanımadığınız, dinləmədiyiniz adama necə rəy bildirirsiz?”

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Xatirə İslam İnstaqramdakı canlı yayımında əməkdar artist Məlahət Abbasova barəsində deyib.

“Çıxıb getmisiz başqa ölkədə yaşamağa. Azərbaycanda iz qoymamısız, mən sizin heç bir rolunuzu görməmişəm. Heç bir rolunuzla tanımıram. Keçən ilə qədər də tanımırdım. Bizim bir müğənnimizə söz atdız. Bir-iki ay gündəmdə qaldız. Sonra 1 il belə sakitçilik yarandı.

Həmin tədbirdə məndən başqa nə qədər müğənni var idi. Məndən açıq geyinmişdilər. Əlbəttə, mən onlara heçnə deyə bilmərəm. Şəxsi işləridir. Sadəcə olaraq niyə onların içindən mənim adımı çəkirsiz? Deməli, sizin mənimlə qərəziniz var. Sizi ümumiyyətlə tanımıram. Ancaq qalmaqallarda görmüşəm. Sonra da maraqlandım. Dedilər ki, hansısa serialda süpürgəçi kimi çəkilmisiz. Düz edib getmisiz. Burada qalıb nə edə bilərdiniz? Qalıb sənətkar olmaq çətin məsələdir. Məleykə Əsədova və ya Amaliya Pənahova kimi sənətkarlar olan yerdə qalıb nə edə bilərdiniz? Rasim Balayevsiz ki, mənə rəy bildirirsiz? Tanımırsızsa, mən də sizi tanımıram”.

Qeyd edək ki, M.Abbasova Xatirə İslam haqqında “Bizimkilər niyə bu qədər açılmağa istəklidirlər, başa düşmürəm. Dəhşətlə izləyirəm. Müğənni olaraq onu dinləməmişəm. Yəqin ki, yaxşı oxuyur. Amma kaş bədəninə uyğun geyim seçərdi. Sadə, amma şık geyim olsaydı, daha gözəl olardı” sözlərini demişdi.