Azərbaycanda TIR aşıb.
Bu barədə hadisə şahidləri BAKU.WS-ə məlumat veriblər.
Bildirilib ki, yüksək sürətlə hərəkət edən TIR-ın sürücüsü idarəetməni itirib və avtomobil aşıb. Hadisə Xaçmazla Xudat rayonu ərazisində, Qusarçay adlanan ərazidə baş verib.
Bildirilir ki, maşını idarə edən sürücü xarici vətəndaş olub. Onun hadisə zamanı xəsarət alıb-alımaması barədə isə bildirilməyib.
Baş verən hadisənin görüntülərini təqdim edirik.