“Qənirə xanim qollarında meydana gələn Karpal Tünel naratlığı səbəbi ilə bağlı əməliyyat olunub. Hal-hazırda hər şey yaxşıdır. Özünü yaxşı hiss edir. Memorial Şişli Xəstaxanasının dəyərli həkim kollektivinə və sizlə bir daha təşəkkür edirik”!
BAKU.WS xəbər verir ki, dünən Türkiyədə əməliyyat olunan millət vəkili Qənirə Paşayevanın bacısı Kəmalə xanım bacısının vəziyyətin barədə məlumat verib.
Kəmalə xanım bacısının sağlamlığı ilə maraqlanan hər kəsə təşəkkür edib:
Çox dəyərli dostlar, hər birinizə Qənirə xanımın əməliyyat olunmağı ilə bağlı keçirdirdiyiniz narahatlıqdan və göstərdiyiniz böyük diqqətdən dolayı ailəm ve öz adımdan dərin minnətdarlığımı bildirirəm. Bu gün dünyanın bir çox yerindən sonsuz sayda telefon və mesajlar qəbul etdim. Bir çoxuna məlum vəziyyətdən cavab verə bilmədimsə üzr istəyirəm. Sizin narahatçılığınız və diqqətinizi böyük sevği əlaməti olarak dəyərləndiririk.