Загрузка...

Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya prezidenti Vladimir Putinin Krıma səfərinə reaksiya verib.

Oxu.Az xəbər verir ki, Poroşenko bu səfəri beynəlxalq hüququn kobud pozuntusu kimi dəyərləndirib.

Qeyd edək ki, Krımda Dövlət Şurasının iclası keçirilib.

Xatırladaq ki, 2014-cü ilin martın 16-da Krımda referendum keçirilib. Səsverməyə qatılanların 96%-i Rusiyaya birləşməyin lehinə səs veriblər.

Ukrayna hökuməti bu səsverməni qanunsuz hesab edir.