Загрузка...

ABŞ-da futbol matçı zamanı kuryoz hadisə baş verib.

Oxu.Az xəbər verir ki, meydanda mübarizə aparan idmançılar gözlənilmədən ESPN telekanalının müxbiri Laura Rutleyci yıxıblar.

Görüntülər sosial şəbəkələr vasitəsi ilə yayılaraq istifadəçilərin böyük marağına səbəb olub.

Bildirilir ki, L. Rutleyc mütamadi olaraq idman yarışlarından, o cümlədən Amerika futbolu oyunlarından reportajlar hazırlayır.