“Google” istifadəçiləri axtarış sisteminin işində problemlərin olduğunu bildiriblər.
Oxu.Az xəbər verir ki, bu barədə “Downdetector” portalının yaydığı məlumatda deyilir.
Bildirilir ki, istifadəçilərin əksəriyyəti “Google” saytında qeydiyyatdan keçə bilmir.
Bəziləri isə axtarış sistemində problemlərdən gileylənib.
Şikayətlər əsasən ABŞ, İspaniya və Böyük Britaniyadan daxil olub.