Загрузка...

“Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları ilə birgə aldığı ağır xəsarətlər səbəbindən Sabunçu xəstəxanasına yerləşdirilmiş 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkdik, səhhəti ilə maraqlandıq, həkimlərlə söhbət etdik… Vəziyyəti yaxşı deyil…”

BAKU.WS xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov bildirib. Onun sözlərinə görə, məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır.

“Bir təhsil işçisi, məktəb direktoru ictimaiyyətin gözü qarşısında fiziki zora məruz qalıb, döyülüb, ciddi xəsarətlər alıb. Başında və üzündə zərbələrdən aldığı xəsarətlər, başgicəllənmə və ürəkbulanma əlamətləri ciddi narahatçılıq yaradır. Fiziki ağrılardan daha çox mənəvi ağrılar onu narahat edir məncə…

Bu saatlara qədər yüzlərlə təhsil işçiləri – məktəb direktorları, müəllimlər, eləcə də valideynlər və hətta şagirdlər belə Tural müəllimi xəstəxanada ziyarət edir, həyətdə gözləyirlər…

Tural müəllimə qarşı baş vermiş zorakılığı pisləyir, ona Allahdan şəfa diləyir, məsələnin ədalətli hüquqi qiymət alacağına inanır, tezliklə sağlamlığına qovuşmasını arzulayırıq!”

Qeyd edək ki, “Dolu” filminin məşhur aktyoru, “Drakon” obrazını canlandıran Rza Rzayev qalmaqal yaşadığı məktəb direktoru Tural Mirzəliyevi döyüb.

Tanınmış aktyorun döydüyü məktəb direktorundan pis xəbər - FOTO