Nyu-York sakini hər şeyi toy paltarında etməyə qərar verdi. O, bununla bəyin diqqətini özünə çəkmək istədi. Bu barədə “Inside Edition” nəşri xəbər verib.
Qızın sözlərinə görə, bu ideya onun ağlına rəfiqələri internetdəki uğursuz tanışlıqlar barəsində danışanda gəlib: “Mən ərə getməyi çox istəyirəm. Ciddi münasibət qurmağı çox arzulayıram. Ona görə də özümə elə bir profil quracağam ki, orada gəlin paltarında hər şey edirəm.
İnternetdən gəlinlik paltarı və fata sifariş edən qız öz planını həyata keçirməyə girişdi. O, gəlinlik paltarında mağazaya gedib və orda alış-veriş edib. İndi gəlinlik paltarında Paris və İsrailə getməyi planlaşdırır.
“İnsanlar məni gəlinlik paltarında görməyi sevirlər. Onlar əl çalır, məni ruhlandırırlar, ”məhz belə lazımdır” deyirlər”. Bunu da gəlin olmağa hazırlaşan qız deyib. Onun sözlərinə görə, bir dəfə bu vəziyyətdə olanda aktrisa və ssenarist Tina Feyi də görüb. Sonuncu onun bu halını çox gülməli və diqqət çəkən hesab edərək, şəkillərini çəkib. Qız deyir ki, artıq onun bu layihəsinin xeyli faydaları da olub. Belə ki, bir neçə görüşə gedib, amma axtarışlarını davam etdirməyi planlaşdırır.
Musavat.com