Загрузка...

 

Oğlumun vəziyyəti yaxşı deyil, güclü ağrıları var.

Bu sözləri Oxu.Az-a ötən gün aktyor Rza Rzayev tərəfindən döyüldüyü iddia edilən Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin atası deyib.

O bildirib ki, hazırda Tural Mirzəliyev ciddi həkim nəzarətində saxlanılır:

“Gözlənilmədən Turala zərbə vurublar. Sol gözünün görməsində ciddi problemlər yaranıb. Həkimlər müayinədən sonra Turala kəllə-beyin travması və beyinin silkələnməsi diaqnozu qoyublar. Ağrıları çox olduğundan sakitləşdirici qəbul edilir. Hazırda həkim yoxlamasındadır, telefona cavab verə biləcək halda deyil”.

T.Mirzəliyevin atası onu da əlavə edib ki, həkimlər xəstənin bir neçə gün ciddi həkim nəzarətində saxlanılmalı olduğunu bildiriblər.