Загрузка...

Suriya ordusunun Safa yaylası rayonunda keçirdiyi hərbi əməliyyat başa çatıb.

Oxu.Az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, 380 kv. km ərazi tamamilə hökumət qüvvələrinin nəzarətinə keçib.

Qeyd edək ki, ölkənin cənubunda yerləşən Safa yaylası İŞİD terrorçularının sonuncu istinadgahı olub.