Загрузка...


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vladimir Putinin uzun məsafəli uçuşlar zamanı təyyarədə adətən nə ilə məşğul olduğunu açıqlayıb.

Oxu.Az NSN-ə istinadən xəbər verir ki, Peskov “Moskva. Rusiya. Putin” verilişinə müsahibə zamanı Putinin sənədlərlə işlədiyini bildirib.

O qeyd edib ki, dövlət başçısına gündəlik olaraq imzalanmaq üçün fərmanlar, sərəncamlar və digər sənədlər təqdim olunur.

“Bəzən isə prezident onun üçün hazırlanan televiziya icmallarına baxır, kütləvi informasiya vasitələrinin icmallarını oxuyur”, – deyə o vurğulayıb.

Peskov əlavə edib ki, Putinin bədii ədəbiyyatı oxumağa vaxtı olmur.