Загрузка...

Altı yaşı olan Sadiqin elə yaşı qədər də dərdi var. Anasının sözlərinə görə, Sadiq altı aylığından qaraciyər serrozundan əziyyət çəkir. Bir neçə müddət öncə həkimlər təcili olaraq Sadiqə qaraciyər köçürülməsinin zəruri olduğunu deyiblər. Yaşıdlarından fərqli olaraq, məktəbə gedə bilməyən uşağın anası gündən-günə vəziyyətin daha da ağırlaşdığını deyir.

Sadiqin sağalması üçün isə nə az, nə çox, 100 min manat pula ehtiyac var. Əslən Füzuli rayonundan olan ailə və yaxınları iş adamlarından, müğənnilərdən, xüsusilə Manaf Ağayevdən kömək istəyirlər.

Sadiqə kömək etmək istəyən şəxslər videoda göstərilən bank hesabına pul köçürə və ya göstərilən nömrə ilə əlaqə saxlaya bilərlər.