Загрузка...

“Apple” korporasiyasının rəhbəri Tim Kuk “iPhone”dan daha az istifadə etməyə başladığını bəyan edib.

Oxu.Az xəbər verir ki, o, mobil cihazda əlavə bildirişlərdən imtina etdiyini də bildirib.

Kuk qeyd edib ki, əvvəl hansısa məlumatı almaq və yaxud onu yoxlamaq üçün mütamadi olaraq smartfondan istifadə etdiyi halda, indi gələn bildirişlərin sayını azaldıb və onları nadir hallarda yoxlayır.

CNN-in məlumatına görə, ABŞ-da insanlar öz smartfonlarına gün ərzində 52 dəfə müraciət edirlər.