Загрузка...

Almaniyada iki yüngül təyyarə toqquşub.

Oxu.Az xəbər verir ki, hadisə Kükhoven şəhəri yaxınlığında baş verib.

Nəticədə bir pilot ölüb, digəri isə ağır xəsarət alıb.

Hadisə bir təyyarənin enərkən, digərinin isə havaya qalxarkən baş verib.

Polis pis hava şəraiti versiyasını nəzərdən keçirmir, çünki həmin vaxt hava yaxşı olub.