Загрузка...

Səudiyyəli jurnalistin ölümü ilə bağlı gizlin səs yazısı ortaya çıxdı – VİDEO

Oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda “Washington Post” qəzetinin müxbiri Camal Haşoqqinin qətl əmrini verən şəxsin kimliyi açıqlanıb.

BAKU.WS xəbər verir ki, “Washington Post” qəzeti şok iddialarla gündəmə damğa vurub. Qəzet əməkdaşlarının apardığı araşdırmalardan sonra belə nəticəyə gəliblər ki, Haşoqqinin qətl əmrini Səudiyyə Ərəbistanının vəlihədi Məhəmməd bin Salman verib.

Qəzetin verdiyi xəbərə görə, sui-qəsd göstərişi şəxsən şahzadə tərəfindən verilib. Qəzet ABŞ-ın gizli cəsuslarının dinlədiyi səs yazılarını əldə edib.

Bildirilir ki, səs yazısında Məhəmməd bin Salmanın Haşoqqiyə Səudiyyə Ərəbistanına qaytımasını təklif edib. Lakin bu təklif rədd edilib. Daha sonra sonunu danışıqda şahzadə Haşoqqiyə sənədlərini almaq üçün Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna getməsini təklif edib. Şahzadə bildirib ki, bu Haşoqqi üçün təhlükəsiz olacaq.

Lakin bundan əvvəl yayılan bu iddiaya şahzadə təkzib vermişdi. Məhəmməd bin Salman demişdi ki, o, Haşoqqi ilə ümumiyyətlə danışıqlar aparmayıb.

Hətta ABŞ prezidenti Donald Trampın rəsmi sorğusuna cavab olaraq Məhəmməd bin Salman Haşoqqinin konsulluğa getməsində xəbərsiz olduğunu demişdi.

Əldə edilən bu səs yazısı isə onun cinayətlə bağlı söylədiklərində səmimi olmadığını sübut etdi.

Qeyd edək ki, Camal Haşoqqinin oktyabrın 2-də sənəd almaq üçün İstanbulda yerləşən Səudiyyə Ərəbistanı konsulluğuna daxil olub və bir daha çıxmayıb.

Qərb mənbələri onun cəlladlar tərəfindən işgəncə ilə öldürüldüyünü yazırlar. Bildirilir ki, onu diri-diri doğrayıblar. İlk öncə onun barmaqlarını kəsiblər.

Xatırladaq ki, “Haber7” saytı yazıb ki, Haşoqqini öldürmək üçün Səudiyyə Ərəbistanından Türkiyəyə gələn 15 nəfərlik qrupun üzvü Meşal Saad əl-Bostani paytaxt Ər-Riyada şübhəli avtomobil qəzasında ölüb. Leytenant Meşal Saad əl-Bostani Səudiyyə Ərəbistanın Hərbi-Hava Qüvvələrinin pilotu olub.

Bildirilib ki, 31 yaşlı pilot jurnalistin qətli ilə bağlı sirləri də özü ilə aparıb. O, oktyabrın 2-də özəl təyyarə ilə İstanbula gələnlərdən biri olub. Bostani “Vindham qrand” hoteldə qaldıqdan sonra yerli vaxtla 21:46-da özəl təyyarə ilə Türkiyədən ayrılıb.

Səudiyyəli vəkil Haşoqqi cinayətində şübhəli bilinən 11 nəfərdən 5-i üçün edam cəzası istəyib.

Vəkil cinayətlə bağlı şok məqamları açıqlayıb. O, bildirib ki, Camal Haşoqqini məhz bu 5 nəfər qətlə yetirib. Digər 6 nəfər isə qətlin reallaşmasında yardım ediblər.

“Camal Haşoqqiyə öldürücü dozada dərman verilib. Daha sonra onu boğublar. Cəsədi parçalara ayırıblar. Jurnalistin cəsədinin hissələri konsulluqdan çıxarılıb. Bu vəhşiliyi isə 11 nəfərdən ibarət qrup həyata keçirib. Haşoqqiyə ölümqabağı əzab verənlər isə məhz 5 nəfər olub”, – deyə vəkil bildirib.

Səudiyyəli jurnalistin ölümü ilə bağlı gizlin səs yazısı ortaya çıxdı – VİDEO

Vəkil onu da xatırladıb ki, Səudiyyə Ərəbistanı hökuməti Camal Haşoqqinin tutularaq ölkəyə aparılmasını tələb edirdi. Konsulluqda isə buna nail olmadıqda onu öldürmək qərarına gəliblər.