Загрузка...

Bir müddət əvvəl Şəhidlərin Xiyabanında müxalifət Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun bir qrup tərəfdarı saxlanılıb.

Virtualaz.org bildirir ki, bu barədə sosial şəbəkələrdə AXCP nümayəndələri məlumat yayıblar.

A.Kərimli və onun tərəfdarları Milli dirçəliş günü ilə əlaqədar təntənəli yürüş edib və qəbirlərin üstünə güllər qoymaq üçün Şəhidlərin Xiyabanına yollanıblar. Saxlanılanlar Səbail Rayon Polis İdarəsinə aparılıblar.

Hazırda Əli Kərimlinin bir qrup tərəfdarı Səbail Rayon Polis İdarəsinin qarşısına toplaşıb.

Məlumata görə, Milli Şuranın sədri Cəmil Həsənli də saxlanılıb.

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı

Əli Kərimli və Cəmil Həsənli saxlanıldı