Загрузка...

“Mançester Yunayted” klubunun əfsanəvi futbolçusu Erik Kantona oğurluq edib.

Oxu.Az xəbər verir ki, hadisə Malayziyada baş verib.

İnsanlarla istənilən vaxt və yerdə zarafatlaşmağı xoşlayan Kantona bu dəfə hədəf kimi Kuala-Lumpur hava limanının ziyarətçisini seçib. Həmin şəxs reysini gözləyərkən yatmaq qərarına gəlib və bu üzdən ayaqqabılarını çıxarıb.

Yaranmış vəziyyətdən sui-istifadə edən Kantona onun ayaqqabısını oğurlayıb və bu əməlinin videosunu internetə yerləşdirib.

Kantonanın ayaqqabını sahibinə qaytarıb-qaytarmadığı məlum deyil.