Загрузка...

Türkiyədə Rusiya səfiri Andrey Karlovun qətli ilə bağlı istintaq yekunlaşıb.

Oxu.Az “Anadolu”ya istinadən xəbər verir ki, yekun ittiham aktı Ankara prokurorluğuna göndərilib.

Bildirilir ki, akt təsdiqlənsə, iş məhkəməyə göndəriləcək.

Qeyd edək ki, səfir A. Karlov 2016-ci ilin dekabrın 19-da Ankarada foto sərginin açılışında güllələnib. Diplomatı polis əməkdaşı Mövlud Altıntaş güllələyib. M. Altıntaş hüquq-mühafizə orqanlarının açdığı atəş nəticəsində zərərsizləşdirilib.

Türkiyədə Rusiya səfirinin qətli ilə bağlı istintaq yekunlaşıb