Загрузка...

Ulduz futbolçu Kriştiano Ronaldu və nişanlısı Georgina Rodrigez İngiltərənin paytaxtı Londonda 15 dəqiqə oturduqları restoranda bir ətək pul xərcləyib.

“Ölkə.Az” xəbər verir ki, cütlük 2 şüşə şərab üçün 30 940 avro hesab ödəyib.

Əvvəlcə dünyanın ən bahaşı şərabı olan “Richebourg Grand Cru” şifariş edən nişanlılar bunun üçün 20 628 avro hesab verib. Daha sonra isə 1982-ci il istehsalı olan Pomerol Petrus alan cütlük bu şərab üçün də 10 313 avro verib.
Onlar ilk övladları Alana Martinanın birinci yaş doğum gününü qeyd edirmişlər.