Загрузка...

Gənc müğənni “QƏDƏHLƏR” adlı yeni klipini təqdim etdi.

Aktual.az xəbər verir ki, dünən gənc, istedadlı müğənni Mələk Bakı Bulvarının Venesiyasında yerləşən məşhur SWICHrestoranında “Qədəhlər” adlı yeni klipini təqdim edib. Təqdimatda müğənninin özü ilə yanaşı, klipin rejjisoru və media nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan gənc müğənni klipin sujeti barədə iştirakçılara geniş məlumat verib.

Sonra Mələk jurnalistlərin suallarını cavablandırıb. Sual-cavab mərhələsində müğənni bir sıra iddialar ortaya qoyub. Müğənni qeyd edib ki, heç bir zaman bayağı mahnılar oxumayacaq. Bundan başqa Mələk bir sıra müğənniləri, o cümlədən, Üzeyirin, Şəbnəmin və Damlanın bayağı mahnılar oxuduğunu deyib: “Mən heç bir zaman bayağı mahnılar oxumayacam. Çalışacam ki, hər zaman sənətimdə bəlli səviyyəni qoruyum saxlayım. Bu mənim prinsiplərimdən irəli gəlir.

Bundan başqa qarşıda bir sıra ciddi layihələrim var. Konservatoriyanı bitirmişəm, səsimə güvənirəm. Gələcəkdə həm ölkədaxili, həm də ölkə xaricində ciddi layihələr reallaşdırmağı hədəfləmişəm”

Məlumat üçün qeyd edək ki, Mələk Azərbaycan-SlavyanGəncləri Assosiasiyasının mədəniyyət şöbəsinin rəhbəridir. İctimaiyyətə təqdim olunan “Qədəhlər” adlı mahnının sözləri isə müğənninin özünə aiddir.

Sonda iştirakçılar üçün şirniyyat süfrəsi açılıb, klip ətrafında müzakirələr davam edib. 7NEWS.az Mələyin “Qədəhlər”ini və tədbirin fotossesiyasını təqdim edir.