Загрузка...

“Ermənistanın hazırkı hökuməti özündən əvvəlki ölkə rəhbərliyinin Dağlıq Qarabağla bağlı siyasətini davam etdirir”

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Əriklər ölkəsi” partiyasının rəhbəri Zauri Postancyan bu gün jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Serj Sarkisyanın dövründə Ermənistan aprel döyüşlərində hektarlarla ərazini “itirdi”. Amma indiki hakimiyyətin də daxili və xarici siyasətində heç nə dəyişməyib və onlar sələflərinin yolu ilə gedirlər. Lakin bu yolda Nikol Paşinyan Sarkisyandan da uzağa gedərək, Ermənistanın ziyanına olan qərarlar verəcək.

Bu kontekstdə Postancyan sensasiyalı bəyanatla çıxış edərək bildirib ki, Paşinyan maliyyə maraqları müqabilində Qarabağ ətrafındakı rayonları Azərbaycana verəcək.

“İndiki ölkə rəhbərliyi hansısa maliyyə imtiyazları müqabilində Bakıya ərazi güzəştləri etməyə hazırdır. Amma əgər hökumət buna gedərsə, onda Ermənistan cəmiyyəti bu xəyanəti onlara bağışlamayacaq. Hökumətin özü isə “erməni soyqırımı” təşkilatçılarının yaşadığı eyni taleyə layiq görüləcək”, – deyə Postancyan vurğulayıb.